“Şəhrazat” “Sultan Süleyman”dan nələr danışdı - Fotolar

sehrazat-sultan-suleymandan-neler-danisdi-fotolar
Oxunma sayı: 697

Həyat yoldaşı Halit Ergencin rol aldığı “Muteşem Yüzyıl”da qonaq oyunçu olan Bergüzar tətildə də boş durmayıb. Belə ki, aktrisa “Elle” jurnalının avqust sayı üçün bir-birindən cəsur pozlarla obyektiv qarşısına keçib. Həyat yoldaşını qısqandığı üçün müalicə olunduğu iddia edilən aktrisa bunu təkzib edib: “İnsanlar ekranda gördükləri hər şeyə inanırlar. Filmdə bir xarakter canlandırırıq, işimizi görürük, sonra normal həyatımıza davam edirik. Halitlə çox azadam. Həyatımızda heç bir qayda, heç bir məcburiyyət yoxdur. Sadəcə azadlıq var. İkimizin yaratdığı azadlıq. İlk dəfə hər anımı bir insanla yaşayıram və özümü bu qədər azad və xoşbəxt hiss edirəm. Halitlə xoşbəxtliyimin əsas səbəbi mənə danışmağı öyrətməsidir. Mənə danışaraq hər şeyi həll edə biləcəyimizi, heç bir şeyi gizlətməməyi, düşündüyüm, hiss etdiyim hər şeyi söyləməyi öyrətdi”.

Səidə