Seyfülislamın keçmiş arvadından şok etiraflar

seyfulislamin-kecmis-arvadindan-sok-etiraflar-
Oxunma sayı: 863

Nadia adlı qadın Seyfülislam Qəzzafi ilə bir gecə klubunda tanış olduğunu deyib. Bildirib ki, həmin vaxt klubda striptizçi kimi çalışırmış. O, Seyfülislamla evlənmə hazırlıqlarında olduqları dövrdə Parisə gedərək bir neçə bakirəlik əməliyyatı keçirib. "Həkim Seyfülislamın bibisinə bakirə olduğumu sübut etdi. Sonra da İslam dinini qəbul etdim", - deyə 29 yaşlı Nadia bildirib.
Ukraynalı qadın Seyfülislam barəsində danıçarkən onun əyyaşlığa meylli olduğunu ifadə edib: "Mən normal bir ailə qurmaq istəyərkən, o da subay həyat tərzinə, seks partiyalarına davam etmək istədi". Nadia onu da bildirib ki, keçmiş əri atası Müəmmərdən bərk qorxurdu.
Seyfülislamla yaşadıqları evi “dostlarının və bir çox qadının olduğu görüş evinə" bənzədən Nadia, evlilikləri ərzində yoldaşından heç hörmət görmədiyini bildirib. O, Seyfülislamın tez-tez narkotikdən istifadə etdiyini, həmin vaxtlarda isə özünə nəzarəti itirdiyini də sözlərinə əlavə edib.
Ayrılmalarının səbəbini isə Nadia belə izah edib ki, Seyfülislam onu getdikləri bir restoranda hər kəsin gözü qarşısında kötəkləyib və pəncərədən çölə atıb. Nadia bu qəddarlıqdan sonra 47 gün komada qaldığını da deyib.
Maraqlıdır ki, Liviyanın öldürülən diktatoru Qəzzafinin Ukraynadan aparılan tibb bacılarının olduğu geniş yayılmış məlumat idi, amma onun oğlunun da bu ölkədən bir qadınla ailə həyatı qurduğu heç eşidilməmişdi.

azadliq.info