Səyyad Arana YAP-dan “yox” təklifi gəldi

seyyad-arana-yap-dan-yox-teklifi-geldi
Oxunma sayı: 692

YAP-dakı mənbənin Modern.az saytına verdiyi məlumata görə, bu günlərdə Milli Məclis Aparatında yeni vəzifəyə təyin olunan S.Aran hakim partiyanın Siyasi Şurasına üzv olmaq üçün ərizə verib, amma onun ərizəsinə baxılmayıb.

Mənbənin məlumatına görə, “Diplomatik xidmət haqqında” qanuna görə, xaricdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır. Bu səbəbdən də S.Aran hələ 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən YAP üzvlüyündən və Siyasi Şurasından çıxıbmış. 2010-cu ilin mayında konsul vəzifəsindən geri çağırılan S.Aran yenidən YAP Siyasi Şurasına üzv olmağa çalışıb, amma onun cəhdləri bu günədək nəticə verməyib.
S.Aran hazırda Milli Məclisin Aparat rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır. Modern.az-ın əməkdaşı məsələ ilə bağlı YAP rəsmilərindən münasibət öyrənə bilməyib. Xatırladaq ki, S.Aran YAP-ın yaradılmasında və keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən “91-lər”dən biridir. Hazırda YAP-ın Siyasi Şurasında 89 nəfər təmsil olunur.