Spirtli içkinin etiketində “Allah” sözü yazılıb

spirtli-ickinin-etiketinde-allah-sozu-yazilib
Oxunma sayı: 870

Qazaxıstanın Semey şəhərinin dindarları likyor butulkalarının etiketləri üzərində “Allahın hamıya çatacaq gücü var” şüarından istifadə edən spirtli içki istehsalçılarına qarşı aksiya keçiriblər.

İslamazeri.az-ın ABNA-ya istinadən verdiyi xəbərə görə, Semey şəhər məscidinin imamı Bekzad Boranbaylı İslamın spirtli içkiləri qəti surətdə qadağan etdiyini və bu kafir hərəkətə görə istehsalçıların dindarlardan üzr istəməli olduğunu bildirib.

Qeyd edək ki, son aylarda Qazaxstanda İslam əleyhinə bir sıra addımlar atılıb. Belə ki, dövlət müəssisələrində namazın qadağası, hicab problemi bunların sırasındadır.