Taleyinizi doğum gününüz müəyyənləşdirir

taleyinizi-dogum-gununuz-mueyyenlesdirir
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, Avstriyalı həkim Ştur hələ 1950-ci illərdə hiss etmişdi ki, onun xərçəngə tutulmuş xəstələrinin böyük əksəriyyəti müəyyən aylarda dünyaya gəlmişdir. Bu fakt onu maraqlandırmışdır. Xərçəngdən üç minədək ölüm faktını təhlil etdikdən sonra gəldiyi qənaət təxminlərini doğrultmuşdur. Sən demə, may-avqust aylarında doğulanlarda xərçəng riski xeyli azalır. Sonrakı tədqiqatların nəticələri də oxşar olmuşdur. Payızda dünyaya gələnlərin ad günləri günəşli yay fəslinə təsadüf etməsə də, hər halda onu çoxsaylı dostların və qohumların əhatəsində qeyd edirlər. Qışda doğulmaq isə sivilizasiyanın doğurduğu bəzi xəstəliklər riskini artırır. Qış qadınları yüksək xolesterinə, ağciyər funksiyalarının zəifləməsinə, habelə ürək-damar xəstəliklərinə meyilli olurlar.

İnsanın dünyaya gəldiyi ay, məsələn, boy-buxun və nikbinlik kimi amillərə də təsir göstərir. Solaxaylar çox vaxt sentyabr-fevral aylarında, ağciyər uşaqlar isə yaz aylarında dünyaya gəlirlər.
Xoşbəxtlər yay aylarının meyvəsidirlər. Hertfordşir Universitetinin əməkdaşı Riçard Vayzmanın tədqiqatlarının nəticələri göstərir ki, xoşbəxtlik quşu özü yayda doğulmuşların çiynində oturmuşdur. Hər halda onların özləri belə düşünürlər. Payızda və qışda doğulmuşlarla müqayisədə onlarda özünəinam və nikbinlik hissi çox güclüdür, həyata baxışları isə daha müsbətdir.