“Təbrizdəki aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk” - Mövqe

tebrizdeki-aksiyalarin-artmasi-ile-bagli-oz-narahatligimizi-bildiririk-movqe
Oxunma sayı: 630

İki ölkə arasında qədim tarixi mahiyyətə malik olan münasibətlər var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

"Son zamanlar Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk və təəssüflənirik ki, bu cür aksiyaların arxasında Azərbaycan və İran arasındakı münasibətlərə xələl vuran qüvvələr dayanıb və bu dairələr Azərbaycanla İranın münasibətlərinin inkişafında maraqlı deyillər", - Abdullayev bildirib.