Tehranı su basdı

tehrani-su-basdi
Oxunma sayı: 675

“Media forum” saytının məlumatına görə, aprelin 14-ü və 15-də son əlli ildə görünməmiş yaz yağıntıları Tehranı suya qərq edib. Nəqliyyatın fəaliyyəti məhdudlaşıb, gediş-gəlişdə ciddi problemlər yaranıb.

Tehran meriyasının rəsmisi Muctaba Abdullahi aprelin 15-də jurnalistlərə açıqlamasında daşqın nəticəsində metropolitenin bir sıra xətlərinin fəaliyyətində də problemlər yarandığını bildirib: “Şəhərin şimal küçələrində bu problem daha ciddi yaşanıb. Bəzi stansiyaları su basıb, onların fəaliyyəti dayandırılıb”.

Muctaba Abdullahi əlavə edib ki, paytaxtın bəzi yerlərində su avtomobillərin mühərrikinədək qalxaraq onların hərəkətini iflic edib: “Vətəndaşlara məsləhət görürəm ki, vacib işləri olmasa, evdən çıxmasınlar, çıxsalar da, su kanallarına yaxın yerlərdə dayanıb özlərini təhlükəyə salmasınlar”.