Tələbə vaxtı ac qalan - Prezident

telebe-vaxti-ac-qalan-prezident
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Abdullah Gülün qrup yoldaşı iş adamı Recai Tülüce İstanbuldakı tələbəlik illərindən xatirə qalan fotonu çərçivəyə salaraq prezidentə hədiyyə edib.

Gülün təsirləndiyi fotonun səbəbkarı olan iş adamı Gül ilə dostlarını belə xatırlayıb: “Bir gün hazırda professor olan Alemdar Yalçin ilə pulumuz yox idi və bir gecə ac yatdıq. Səhəri gün Abdullah Gülün yanına gedib nəsə yemək istəyirdik. “Qarnımız ac, bizə yeyəcək bir şeylər hazırlayın”-dedik. Bir saat güldülər. Məgər Abdullah Gülün də pulu yox imiş və onlar da bizim kimi ac imişlər”.