“Texnikabank” adını dəyişdi

texnikabank-adini-deyisdi
Oxunma sayı: 673

Bankdan verilən məlumata görə, adın dəyişməsi bankın brend siyasətinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, avqustun 15-də keçirilən bankın səhmdarlarının yığıncağında rebrendinqin keçirilməsi barədə qərar qəbul edilib.

Bankdan bildirilib ki, adın dəyişməsi yalnız ilk addımdır və yeni brend siyasətinin reallaşması istiqamətində daha miqyaslı işlər, o cümlədən korporativ imicin dəyişməsi nəzərdə tutulur. /APA-ECONOMICS/