Türkiyədə daha bir prezident həbs edildi

<b>Türkiyədə daha bir prezident həbs edildi</b>
Oxunma sayı: 127

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, artıq polis tərəfindən saxlanılanlar arasında son mövsüm Türkiyə vitse-çempionu olan “Trabzonspor” klubunun prezidenti Sadri Şənər də var. Klub prezidentinin saxlanılmasına nə səbəb olduğu hələ ki bildirilmir.

Sadri Şenerlə yanaşı daha 22 nəfərin də polis tərəfindən həbs edildiyi yayılan xəbərlər sarasındadır. Bunların arasında Türkiyə Futbol Federasiyasının məşhur siması Levent Kızıl və bu mövsüm “Gənclərbirliyi” klubundan “Ankaragücü”nə transfer olunan Sərdar Kulbilgə də var.

Xatırladaq ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqı davam edən “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım barəsində məhkəmə həbs qərarı verib. Ötən gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtıyla 16.00) məhkəməyə aparılan Yıldırımın sorğusu saat 18.30-a (B. v. 20.30) qədər davam edib. Əziz Yıldırım Türkiyə vaxtı ilə saat 21.20-də (B. v. 23.20) İstanbul “Metris” həbsxanasına yerləşdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi