Türkiyədə dəhşətli hadisə, 15 nəfər itkin düşdü

turkiyede-dehsetli-hadise-15-nefer-itkin-dusdu-
Oxunma sayı: 663

Ötən gün Türkiyə Zonquldak vilayətinin Çaycuma rayonunda yerli vaxtla saat 16.00-da 970 metrlik körpünün təxminən 100 metrlik hissəsi uçub. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə vaxtı bir neçə avtomobilin çaya düşməsi nəticəsində 15 sərnişin itkin düşüb.

Qeyd edək ki, çaya düşən avtomobillərdən birinin sürücüsü və sərnişini öz imkanı ilə üzərək sudan çıxsa da, hadisə şahidləri selin sərnişinlə dolu mikroavtobusu apardığını deyib. Məlumata görə, mikroavtobusun itkin düşən 15 nəfərlik sərnişini arasında Çaycuma bələdiyyə sədrinin atası və qardaşı oğlu da olub.

1951-ci ildə tikilmiş körpünün uçması ilə bağlı istintaq başladılıb. İlkin olaraq hadisəyə səbəb kimi qışda qarın çox yağması nəticəsində çayda suyun səviyyəsinin çoxalması göstərilir. İtkin düşənlərin axtarışları isə davam edir.