“Bu ad onlara məxsusdur” - Miri Yusif

bu-ad-onlara-mexsusdur
Oxunma sayı: 6205

Bu gün "Əməkdar artist" adını alan Mirbabayev Mir Yusif Mir Heydər oğlu (Miri Yusif) prezident İlham Əliyevə və valideynlərinə təşəkkürünü bildirib.

"Qafqazinfo" xəbər verir ki, müğənni-reper İnstaqram səhifəsində sevincini belə bölüşüb: 

"Bu gün bu siyahıda öz adımı görmək məni qürurlandırdı. 20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam. 

İlk öncə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!

Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi, bu ad da onlara məxsusdur".