Bu gün Şəmkir turnirində IV turun görüşləri keçiriləcək

bu-gun-semkir-turnirinde-iv-turun-gorusleri-kecirilecek
Oxunma sayı: 1077

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.

“Qafqazinfo”nun məlumatın görə, bu gün turnirdə IV turun görüşləri keçiriləcək.
 
Əvvəlki üç turunda bütün görüşləri heç-heçə bitən turnirdə ilk qələbə qazananlar liderliyə yüksələcək. Azərbaycan şahmatçılarından ən çətin sınaq Teymur Rəcəbovu gözləyir. O, dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Təmsilçimiz ağ fiqurlarla oynayacaq.
 
Bolqarıstanlı Veselin Topalov isə Şəhriyar Məmmədyarovun rəqibi olacaq. Qrossmeysterimiz qaralarla mübarizə aparacaq.

Ağ fiqurlarla oynayacaq Rauf Məmmədovu nisbətən asan rəqib gözləyir. O, polşalı Radoslav Voytaşek üz-üzə gələcək.
 
“Shamkir Chess 2018”
IV tur
22 aprel

 
Teymur Rəcəbov (Azərbaycan, 2748) - Maqnus Karlsen (Norveç, 2843)
 
Rauf Məmmədov (Azərbaycan, 2704) – Radoslav Voytaşek (Polşa, 2744)
 
Sergey Karyakin (Rusiya, 2778) - David Navara (Çexiya, 2745)
 
Veselin Topalov (Bolqarıstan, 2749) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)
 
Aniş Giri (Hollandiya, 2777) – Dinq Liren (Çin, 2778)
 
Turnir cədvəli: Karlsen, Məmmədyarov, Dinq, Karyakin, Giri, Topalov, Rəcəbov, Navara, Voytajek, Məmmədov – hamısı 1,5 xal.
 
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarış 9 turdan ibarət olacaq.