Bu maşın kimin olacaq?- - Fotolar

bu-masin-kimin-olacaq-
Oxunma sayı: 3849


Hər ailənin sevimli layihəsinə çevrilən “Məni yarımdan soruş” da ilk avtomobil hansı cütlüyün olacaq? Layihədə kim məyus olacaq, hansı cütlük sevinc dolu anlar yaşayacaq? Bütün bunlara bu gün axşam saat 21:40-da ATV kanalında şahid olacaqsız. “Qafqazinfo” xəbər verir ki, bu məlumatları layihənin mətbuat katibi Faiq Ələkbərov verib. O, bildirib ki, qısa müddət ərzində ən çox danışılan layihənin final buraxılışında ailəli və nişanlı cütlüklər avtomobili qazanmaqdan ötrü dəridən-qabıqdan çıxacaqlar, ən çətin oyunlarda qələbə qazanmağa çalışacaqlar: “Final mərhələsində nişanlı və ailəli cütlükləri ən çətin sınaqlar gözləyir. Aparıcılar Zaur və Günay Baxşəliyevlərin təqdimatında tamaşaçılara təqdim olunan “Məni yarımdan soruş” layihəsində cütlüklərə hər ay bir avtomobil təqdim olunacaq”.

Mətbuat katibi onu da deyib ki, layihədə iştirak etmək istəyən cütlüklərin sayı hədsiz dərəcədə çoxdur: “Layihəyə qatılmaqla bağlı çoxlu sayda zənglər daxil olur. “Biz bu layihədə necə iştirak edə, qeydiyyata necə düşə bilərik?” kimi suallar verilir. Bacarığına güvənən nişanlı və ailəli cütlüklərin nəzərinə çatdıraq ki, “Məni yarımdan soruş” layihəsinə qatılmaq üçün www.meniyarimdansorush.com saytına daxil olsunlar, arzularını reallaşdırsınlar. Yaxın günlərdə verilişin yeni çəkilişlərinə start veriləcək”.

ATV kanalı və “Renk Medya”nın birgə layihəsi olan “Məni yarımdan soruş” layihəsinin final efirini bu gün mütləq izləyin.