Bu məlumatları ötürən casus olacaq

bu-melumatlari-oturen-casus-olacaq
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, layihə bundan sonra prezident Vladimir Putinə göndəriləcək. Onun da bu qanun layihəsini imzalayacağı gözlənilir.

Mövcud qanunvericiliyə görə, Rusiyanın təhlükəsizliyinə zərər verəcək hər hansı məxfi məlumatları xarici qeyri-hökumət təşkilatlarına ötürmək casusluq və dövlətə xəyanət kimi qiymətləndirilir və bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ötən həftə “Human Rights Watch” hüquq-müdafiə təşkilatı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton irəli sürülmüş qanun layihəsi ilə bağlı narahatlıqlarını ifadə edib. Rəsmi Moskva isə yeni qanun layihəsinin Rusiyanın təhlükəsizliyinin möhkəmləndirilməsi üçün qəbul ediləcəyini bildirib.