Bu ölkədə bu gün matəmdir

bu-olkede-bu-gun-matemdir
Oxunma sayı: 647

İtaliyanın şimalındakı Emiliya Romanya vilayətində mayın 20 və 29-da baş vermiş zəlzələlər nəticəsində ölənlərin xatirəsinə bu gün matəm elan olunub. Ümumilikdə hər iki zəlzələ nəticəsində 24 nəfər ölüb, 400-dək adam xəsarət alıb, 14 minədək adam evsiz qalıb. Zəlzələlər nəticəsində təkcə evlər deyil, tarixi binalara da ziyan dəyib.

İtaliyanın şimal regionlarında 5 baldan güclü yeraltı təkanlar davam edir. Emiliya Romanya regionunda ötən gün 5.1 bal gücündə yeraltı təkan qeydə alınıb.

anspress