Bu peyk bizə nə verəcək?

bu-peyk-bize-ne-verecek
Oxunma sayı: 648


Qurumun ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Nigar Mədətli fevralın 11-də “Media forum” saytına deyib ki, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə iş aparılır: “Satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak edir, topdansatış və teleport şirkətləri ilə danışıq aparırıq. “Azerspace-1” peyki orbitə buraxılandan sonra Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq. Bu platforma yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq. Habelə rabitə təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə qurulacaq.

“Azərkosmos” ASC peyk operatoru şirkəti kimi təbii olaraq bazarda rəqabətin çoxalmasına, rəqabət mühitində rabitə xidmətlərinin keyfiyyətinin artmasına töhfə verəcək. Təklif və rəqabətin artması bazar qiymətlərinə müsbət təsir göstərir. ASC-nin sahə üzrə bazar qiymətlərinə birbaşa təsirindən söhbət getmir, peyk tutumlarının satışının təşkili vasitəsilə rabitə xidmətləri üzrə keyfiyyət və rəqabət mühitinin ümumi olaraq inkişaf etdirilməsi və beləliklə də bazarda gözlənilən müsbət dəyişikliklərin əldə olunmasına təsir göstərilməsi nəzərdə tutulur”.