Bu qadına kömək lazımdır - - Diqqət

bu-qadina-komek-lazimdir-
Oxunma sayı: 976


“Təcili qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilməlidir. Donor var, lakin maddi imkansızlıq səbəbindən 3 ildir əməliyyatın həyata keçirilməsi bizim ailə üçün əlçatmaz olub.

Araşdırmalarımıza görə bütün dünyada mənim kimi xəstələrin əməliyyatlarının və sonrakı dövrdəki müalicələrinin maliyyə xərclərini vətəndaşı olduqları dövlət qarşılayır, lakin bizim dövlətimizdə bununla bağlı hər-hansı qanun layihəsi olmadığına görə 3 ildir problemimin həlli imkansız olub. Bütün Dövlət qurumlarına müraciət etmişəm, düşünürəm ki, hər-hansı bir Dövlət qurumu humanistlik göstərərək əməliyyatımın maliyyə xərcini öz öhdəsinə götürəcək. Mən dövlətdən yalnız əməliyyat olunmağımı və ondan sonra lazımı dərmanlarla təmin olunmağımı istəyirəm. Bu mənim həyatda son yaşama şansımdır.