“Bu qərar sülh prosesinə mənfi təsir edəcək” - Makron Trampa zəng etdi

bu-qerar-sulh-prosesine-menfi-tesir-edecek
Oxunma sayı: 1605

ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı kimi qəbul etməsinə dünya liderlərindən də reaksiyalar gəlməyə başlayıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Trampa zəng edərək narahatlığını dilə gətirib.

O deyib ki, bu qərar sülh prosesinə mənfi təsir edəcək:

“Qüdsün statusu Fələstin və İsrail arasındakı sülh danışıqlarında həll olunmalıdır”, - deyə Makron amerikalı həmkarının qərarını tənqid edib.