Üç bıçaqlanma, bir oğurluq hadisəsi - Kriminal xəbərlər

uc-bicaqlanma-bir-ogurluq-hadisesi-kriminal-xeberler
Oxunma sayı: 685

Dekabrın 8-i saat 17:40 radələrində 1-ci Zabrat qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Arif Hənifəyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Rəşid Qurbanov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 7-si saat 16 radələrində Ş.Məmmədova küçəsində Ərşad Mirzəyevə bıçaq xəsarəti yetirən, Bakı şəhər sakini Qurbani Quliyev dekabrın 8-də Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Fətulla Sədullayev tutulub.

Dekabrın 8-də F.X.Xoyski küçəsində yaşayan Əşrəf Mərdiyev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 5 saylı xəstəxanaya daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Amil Məmmədov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən tutulub.