Bulvarda musiqili tədbir - Video

bulvarda-musiqili-tedbir
Oxunma sayı: 1775

Azərbaycan professional musiqi sənətinin banisi dahi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilatçılığı ilə tədbir təşkil edilib.

Dənizkənarı Milli Parkda təşkil olunan musiqili tədbirdə məktəbin şagirdləri tamaşaçılar üçün Ü. Hacıbəylinin və həmçinin digər bəstəkarların müxtəlif əsərlərini ifa ediblər, rəqslər təqdim olunub. 

Tədbir bulvar gəzintisinə çıxanlar tərəfindən maraqla qarşılanıb.