Ülvira sabaha söz verdi - Yenilənib II

ulvira-sabaha-soz-verdi-yenilenib-ii
Oxunma sayı: 638

Bu barədə “Qafqazinfo”ya etibarlı mənbələrdən və o cümlədən hüquq mühafizə orqanlarından məlumat daxil olub. Məlumata görə, baş vermiş hadisədə bir çox şübhəli məqamlar ortaya çıxıb. Hadisənin törədilməsində xanım teleaparıcının da əl ola bilər. Bu faktın təsdiqlənəcəyi halda Ü. Qarayevanın həbs olunacağı gözlənilir.

Bu barədə “Qafqazinfo”nun sualını cavablandıran Ü. Qarayeva ona qarşı olan ittihamları gülərək qarşılayıb və cavab verməyib: “Bir neçə dəqiqədən sonra ANS Televiziyasında yayımlanan “Toy olsun”a baxın. Hər şey orada açıqlanacaq”.

Qeyd edək ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Ü. Qarayeva hadisə baş verəndən indiyə qədər həyat yoldaşına baş çəkməyib.

Ü. Qarayeva “Toy olsun”da sözügedən məsələyə münasibət bildirib. O, indi danışa bilmədiyini, hər şeyin yalnız onun əlində olmadığını deyib: “Mən ilk dəfədir efirdə icazəsiz telefonla oturmuşam. Hər an zəng gözləyirəm. O zəng ya hər şeyi həll edəcək, ya da mənim sonum olacaq”. Bu sözlərdən sonra aparıcı göz yaşlarını saxlaya bilməyib.

Verilişin sonunda isə o deyib ki, gün ərzində həyat yoldaşının vəziyyəti ilə bağlı xəstəxanadan zəng gözləyib: “Zəng reklam fasiləsi zamanı gəldi. Məlum oldu ki, Tərlanın xəsarəti yüngül deyil. Vəziyyəti ağırdır. Özü də mənimlə danışanda dedi ki, xəstəxanada tək qalıb, ağrıları var. Kim edibsə, Allah Bəlasını versin. Tərlan heç kimə demir ki, hadisə necə olub, niyə baş verib. İndi ikinci əməliyyata girib”.

Ü. Qarayeva baş vermiş hadisə ilə bağlı sabah Günəbaxan verilişində önəmli açıqlama ilə çıxış edəcəyinə söz verdi.

Nigar Məmmədli