“Bundan sonra and içsə də, ona inanmıram”

bundan-sonra-and-icse-de-ona-inanmiram
Oxunma sayı: 2641

Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Mətanət Əsədova arasında soyuq küləklər əsməyə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, bir müddətdir ki, rəfiqə olan iki sənətçi münasibətlərinə son qoyub. 

M. Əsədova “Bir axşam” proqramında qonaq olarkən Əməkdar artisti həyatından sildiyini qeyd edib: “Musiqi aləmində yalan var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim haqqımda elə bir şey danışıb ki, şoka düşdüm. Onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.