“Buta Palace”ın yaxınlığında qəza

buta-palacein-yaxinliginda-qeza
Oxunma sayı: 652

“Şaqman” markalı iritonnajlı iki yük maşını idarəetməni itirərək toqquşub. Nəticədə yük maşınlarından birinin sürücüsü ağır yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq hadisə yerində olan təcilli tibbi yardım həkimlərinə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.