Buzadırmanma üzrə açıq Azərbaycan çempionatının final mərhələsi keçiriləcək

buzadirmanma-uzre-aciq-azerbaycan-cempionatinin-final-merhelesi-kecirilecek
Oxunma sayı: 639

Bu barədə Qafqazinfoya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, buzadırmanma üzrə açıq Azərbaycan çempionatının 18-19 yanvar 2013-cü il tarixlərində keçirilən təsnifat - seçim yarışları üzrə I mərhələsi başlanğıcdan etibarən kifayət qədər həyəcanlı dəqiqələrlə müşayiət olunub və idmançılar qaydalara uyğun olaraq yarımfinal və final mərhələlərinə keçmək üçün mübarizə aparıblar.

Yarımfinala vəsiqə qazanmaq üçün kifayət qədər peşəkarcasına mübarizə aparan və çempionatın çətinlik və sürət yarışları üzrə II mərhələsinə keçən idmançılar bu mərhələdə Rusiya, Gürcüstan, İran və başqa ölkələrin idmançıları ilə birgə yarışacaqlar.

Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların təşkil olunması gələcəkdə Azərbaycan idmançılarının qayayadırmanma və buzadırmanma üzrə texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq dağçılıq, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə, o cümlədən yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.