VHP kürdlərə cavab verdi

vhp-kurdlere-cavab-verdi
Oxunma sayı: 643

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Vasif Həsənli kürdlərin prezident İlham Əliyevə müraciətinə münasibət bildirərkən deyib. “Qafqazinfo”nun məlumatına görə, o açıqlamasında bildirib ki, PKK terror təşkilatının Azərbaycandakı qolu fəallaşıb və faktiki olaraq separatçılıq fəaliyyətinə başlayır. Vasif Həsənli vurğulayıb ki, bütün baş verənlər təhlükəli tendensiyalardan xəbər verir və bunda Azərbaycan hakimiyyəti də günahsız deyil. “Bir neçə il əvvəl Beynəlxalq Böhran Qrupu Azərbaycan hökumətinin PKK ilə əlaqələrinə diqqət çəkmişdi. Bundan başqa, terror təşkilatının rəhbəri, hazırda həbsdə olan Abdullah Öcalan da məhkəmə prosesi zamanı Azərbaycanı PKK-nın əsas maliyyə mənbəyi olduğunu bəyan etmişdi.”

Ali Məclisin katibi iddia edir ki, “Azərbaycandakı separatçı kürdlər hakimiyyətdəki himayədarlarına güvənərək düşünür ki, artıq iddialarını açıq şəkildə bəyan etməyin zamanı gəlib. Separatçı kürdlər İlham Əliyevə ünvanlanmış ultimativ müraciətlə Azərbaycan cəmiyyətinə mesaj verir ki, onlar əsassız iddialarını reallaşdırmaqda israrlıdırlar və bu, baş verməyəcəyi təqdirdə aranı qarışdıra bilərlər.”

Fatimə Kərimli