Wikileaks Eynulla Fətullayevdən yazdı

wikileaks-eynulla-fetullayevden-yazdi
Oxunma sayı: 682

Teleqramda göstərilir ki, 4 iyul 2007-ci ildə jurnalist Eynulla Fətullayevə qarşı daha iki ittihamla bağlı cinayət işi qaldırılıb. İttihamlar “Əliyevlər müharibəyə gedir” məqaləsi ilə bağlıdır.

Qeyd: (Fətullayev böhtan maddəsi ilə məhkum olunub, onun rəhbərlik etdiyi qəzetlər isə 21 may tarixində guya təhlükəsizlik qaydalarını pozduğuna görə ofisdən çıxarılıb. Hakimiyyət eyni zamanda qəzetə məxsus kompüterləri müsadirə edib. Bundan əlavə qəzetin əməkdaşları, “Gündəlik Azərbaycan” qəzetinin üç redaktoru qəzetin maliyyələşməsi, satışı ilə bağlı sorğu-suala çəkilir. Fətullayev isə hələ də MTN-nmin təcridxanasında saxlanılır və suallara cavab verməkdən imtina edir. “Realnıy Azerbaydjan” qəzetinin mart sayında dərc olunan məqalələrinin müəllifi jurnalist Rövşən Bağırovdur. Həmin məqalədə göstərilir ki, Azərbaycan ABŞ-ın İranda hərbi hərəkətlərinə dəstək versə, Azərbaycan Tehranın hücumuna tuş gələ bilər. “Realnıy Azerbaydjan” qəzetinin redaktor vəzifəsini icra edən Çingiz Sultansoyun verdiyi məlumat: biz jurnalistik, biz sülh adamlarıyıq, jurnalistlər və redaktorlar anlaya bilmir, jurnalist necə terrorla hədələçəkdə ittioham oluna bilər. Müxalifət liderlərinin fikrincə, bu, azad və tənqidi mətbuatın susdurulması yönündə aparılan kampaniyanın bir hissəsidir).

Səfirin şərhi: Bu Fətullayevə qarşı ittihamların növbəti raundudur, məqsəd jurnalistləri QOAJ tərəfindən qorxutmaq və təqib kampaniyasıdır. Biz QOAJ-ın ən yüksək rəhbərləri iolə danışıqlar aparırıq ki, vəziyyəti aydınlaşdıraq. Biz ümid edirik ki, növbəti DVC-də A/S və DRL Lovenkron və xarici işlər naziri Elmar Məmmədyarovla görüş narahatçılığımızı bildirmək üçün ciddi əsas olacaq.