Xədicə İsmayılova prokurorluğa çağırıldı

xedice-ismayilova-prokurorluga-cagirildi
Oxunma sayı: 658

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, İsmayılovanın qeyd edilən müraciəti Baş Prokurorluğa rəsmi olaraq martın 14-də daxil olub və həmin tarixdə baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə ərizədə göstərilən xüsusatların araşdırılması barədə konkret tapşırıqlar verilib.

"İsmayılovanın Daxili İşlər Nazirliyinə ünvanladığı eyni məzmunlu müraciəti üzrə martın 15-də nazirlikdən daxil olmuş araşdırma materialları eyni icraatda birləşdirilərək Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə araşdırma aparılmaqla tərəfimizdən məlumat verildiyi kimi toplanmış material üzrə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanıb", - Sultanıv deyib.

Onun sözlərinə görə, hazırda iş üzrə istintaq Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində davam etdirilir. İsmayılova dindirilməsi üçün bu gün şəhər prokurorluğuna dəvət olunub.