“Xərclənən vəsaiti səmərəsiz hesab edirəm” - Mövqe

xerclenen-vesaiti-semeresiz-hesab-edirem-movqe-
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri millət vəkili Azay Quliyev QHT qanunvericiliyi istiqamətində Avropa Komissiyasının maliyyələşdirdiyi layihələri şərh edərkən deyib. Şura sədrinin sözlərinə görə “bu kimi təşəbbüslər o vaxt konkret nəticə verə bilər ki, prosesdə birbaşa aidiyyəti və səlahiyyəti olan qurumlar yaxından iştirak etsinlər. Bu baxımdan Avropa Komissiyasının QHT qanunvericiliyinə yönəlik atdığı addımları birtərəfli, xərclənən vəsaiti isə səmərəsiz hesab edirəm. Təəssüflər olsun ki, digər ölkələrdən fərqli olaraq, Avropa Komissiyasının Bakı ofisinin vətəndaş cəmiyyəti ilə bağlı siyasətində belə hallara tez-tez rast gəlmək olur,” - deyə millət vəkili bu cür siyasətin yaxın gələcəkdə dəyişəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının irəli sürdüyü bir sıra ciddi təşəbbüslər hökumət və Milli Məclis tərəfindən qəbul edilib. Hazırda Şura bu istiqamətdə işinin davam etdirərək 4 yeni qanun layihəsi – “Sosial Sifariş haqqında”, “Peşə Cəmiyyətləri haqqında”, “Korporativ Sosial Məsuliyyət haqqında”, “İctimai İştirakçılıq haqqında” qanun layihələri hazırlanıb və ictimaiyyətin müzakirəsinə təqdim edib.