“Xəzər Lənkəran” Avstriya toplantısına darmadağınla başladı

xezer-lenkeran-avstriya-toplantisina-darmadaginla-basladi
Oxunma sayı: 641

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunis Hüseynovun yetirmələrinin rəqibi Almaniya Regional Liqasında çıxış edən "Starnberq" klubu olub. Qarşılaşma təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Xəzər Lənkəran” meydana aşağıdakı start heyəti ilə çıxıb: Kamal Bayramov, Elnur Allahverdiyev, Eder Bonfim, Rodomir Todorov, Elvin Beqiri, Elnur Abdullayev, Branimir Subaşiç, Robert Alviz, Rikardo Qomeş, Rahid Əmirquliyev, Adrian Pit.

İlk hissədə Branimir Subaşiç fərqlənərək hesabı açıb və fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə Yunis Hüseynov Adrian Skaralatake, Joao Paulo Pinto, Akif Tağıyev, Ruslan Abışov, Kamran Abdullazadə və Elvin Mirzəyevi matçın müxtəlif dəqiqələrində meydana buraxıb ki, portuqaliyalı Joao Paulo Pintonun het-triki və Kamran Abdullazadə ilə Rahid Əmirquliyevin qollari ilə lənkəranlılar böyük hesablı qələbə qazanıb - 6:0.

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını iyunun 20-də Kiyev " Dinamo"sunun əvəzedici heyətinə qarşı keçirəcək.