Yağış yağacaq

yagis-yagacaq
Oxunma sayı: 667

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarda isə hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın 2 gündə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mayın 23-də arabir güclənən qərb küləyi əsəcək.

Nigar Məmmədli