“Yeni Avtovağzal” yolunda göz oxşayan mənzərə - Fotolar

yeni-avtovagzal-yolunda-goz-oxsayan-menzere-fotolar
Oxunma sayı: 662

Belə ki, bu dəfə diqqətinizi “Yeni Avtovağzal”a gedən yolda aparılan təmir işlərinə cəlb etmək istəyirik.

Gələn ildən istifadəyə veriləcək “Avtovağzal” metro stansiyasının tikintisi ilə bağlı artıq ərazidə abadlıq işlərinə start verilib. Görülən işlərin təqdirəlayiq olduğunu nəzərə alaraq bəzi görüntüləri oxucularla paylaşmaq istəyirik.

Qeyd edək ki, əvvəllər bu ərazi olduqca baxımsız olub. Təmir işləri aparıldıqdan sonra boş sahələrə yaşıl ot örtüyü salınıb, sakinlərin evləri daş və taxta hasarlara alınıb və güllərdən maraqlı dekorasiyalar hazırlanıb.