Yollar buz bağlayacaq- Proqnoz

yollar-buz-baglayacaq-proqnoz
Oxunma sayı: 678

Bakı və Abşeron yarımadası

Qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir. Bakıda gecə 5-7° şaxta, gündüz 1-3° şaxta olacaq. Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikası

Qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy

Qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 12-17° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl

Qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz

Arabir qar yaрacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran

Qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 4-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı

Arabir qar yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Temperaturun gecə 4-6° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.