Zeyno Baranın türk və müsəlman olması ərinə problem yaradıb

zeyno-baranin-turk-ve-muselman-olmasi-erine-problem-yaradib
Oxunma sayı: 683

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra olunması üçün hegemon dövlətlərin Ermənistana təsiri vacibdi". ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Nota.az-a müsahibəsində bu məqamın maraqlı olduğunu deməklə cavabının heç də yaxşı olmayacağını açıqlayıb. ”Sizin bu sualınız çox maraqlıdır. Birləşmiş Millətlər Təşkilatı Qarabağ münaqışəsinin həlli ilə əlaqədar bir çox qətnamələr qəbul edib. Ancaq əfsuslar olsun ki, Ermanistan tərəfi buna əməl etmir. Xüsusi Dünya dövlətlərinin koalisiyası mütləq təssir etməlidir ki, bu qətnamələri Ermənistan tərəfi icra etsin. Bunun üçündə mutləq və mutləq böyük hegomon dövlətlər öz təziyiq və təsirlərini Ermənistana göstərməlidirlər. Bu zaman qətnamələr həyata keçirilər”.

Azərbaycanda səfir olduğu dövrdə və eləcədə səfir təyyinatı ilə başlı məsələlərdə bir çox problemlərlə üzləşdiyini deyən Metyu Brayza bunun həyat yoldaşı Zeyno Baranın türk və müsəlman olması ilə əlaqələndirib. “Mənim həyat yoldaşimin musəlman –türk olması Amerika senatinda Obamanın partiyasında olan iki senatorun urəyincə deyildi. Bu isə Amerika kimi böyuk dovlətdə soz azadlığina və demokratiyaya xələl gətirə bilərdi. Bütun bunlara baxmayaraq, prezident Obama birbaşa məni Azərbaycana bir il də olsa səfir göndərdi. Mənim həyatımın və işimin ən yadda qalan tarixi zamanı Azərbaycanda səfir işlədiyim vaxt oldu”.

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara diplomat kimi Brayzanın münasibəti optimisdi. “Qarabağ munaqişəsinin həllinə gəldikdə isə onu deyə bilərəm ki, Qarabağ münaqişəsi həll olunacaq. Masa uzərində munaqişənin həllinə dair 4-5 format var. Bu formatların həyata keçirilməsi münaqişəyə son qoymaq deməkdir. Mən hesab edirəm ki, hər iki ölkənin həm hakiyyəti və həmdə ictimayyəti aralarında bu formatların həyata keçirilməsinə inam olmalıdır və ya gec-tez bu inam yaranmalıdır. O ki, qaldı Qondarma Erməni soyqrımına bu hadisəyə nə Fransa , nədəki, ABŞ siyasi don geyindirməməlidi. Bu hadisə siyasi hadisə deyil. Hesab edirəm ki, Ermənistan Turkiyə eləcədə Azərbaycan ictimayyətinin nümayəndələləri hadisə ilə bağlı debat – diskusya keçirməlidilər”.

Nota.az