“Zövqsüz rejissorlar çoxdur”- Rəy

zovqsuz-rejissorlar-coxdur-rey
Oxunma sayı: 649

Bu barədə Milli.Az xəbər portalına prodüserin özü məlumat verib. O, musiqisi Pərviz Mahmudova məxsus olan “Gedirəm” mahnısına çəkilən klipin süjet xətti ilə bağlı danışıb.

“Klipin süjet xətti mahnının sözlərinə uyğun çəkilib. Konkret süjet xəttinə önəm verməmişik. Çünki bu, Samrinanın ikinci klipidir və çalışırıq ki, müğənninin simasını ictimaiyyətə təqdim edək. Klipdə müğənninin tərəf müqabili mən özüməm. Ümumiyyətlə, klipin süjeti ilə bağlı onu deyə bilərəm ki, tənha qalan oğlan, xəyallarında canlandırdığı xanımının axtarışına çıxıb. Amma həyatda xəyalının xanımını tapa bilmir.

Klip paytaxtın mərkəzi küçələrində, Şüvəlan qəsəbəsində yerləşən köhnə, baxımsız vəziyyətdə olan bağ evlərininin birində və pavilyonda çəkilib”, - P.Fəqan dedi.

Prodüser mahnının və klipin ərəsəyə gəlməsində köməyi olan yaradıcı insanları qeyd edib. O, klipin rejissoru Zöhrab Ağayevin bir neçə işi də öz üzərinə götürdüyünü dedi:

““Gedirəm”in aranjeman müəllifi Hakandır. Mahnı bir aya yaxındır ki, radio dalğalarında yayımlanır. Mahnıya olan rəğbəti hiss edib, klip çəkdirməyə qərar verdik. Belə ki, klipin rejissoru Zöhrab Ağayev, operatoru isə Elçindir. Zöhrabdan çox razıyıq. O, tək rejissor kimi deyil, həmçinin Samrinanın geyimini və stilini öz təxəyyülünə görə hazırlayıb. Zöhrab geyimləri modelyer Sako ilə birgə seçib”.

P.Fəqan hazırda fəaliyyət göstərən rejissorların işindən narazı olduğunu da gizlətmədi. O, bəzi rejissorları işində məsuliyyətsiz və zəif olduğunu bildirdi:

“Rejissorlar zəifdir. Açıq deyim ki, hazırda zövqsüz rejissorlar çoxdur. Rejissorun öz dəsti-xətti olmalıdır. Klip - mini filimdir. Rejissor klipin vaxtının minumum olmasını nəzərə alıb, bir çox hadisələri cəmləşdirməyi bacarmalıdır. Bundan başqa, klipin ssenarisi ağ kağız üzərində yazılmalıdır. Amma rejissorların hər biri çəkiliş meydançasına gələndə əlində heç nə olmur. Yalnız söz ilə işini yola verirlər. Əslində isə klipin də ssenarisi olmalıdır. Təəssüf ki, bəzi rejissorların işlərində bunu görmürük”, - o, dedi.