Canlı efirdə sürpriz qonaq - Aparıcı qorxdu

canli-efirde-surpriz-qonaq
Oxunma sayı: 6525

Rusiyanın məşhur xəbər aparıcısı İlona Linart canlı yayımda çətin anlar yaşayıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Mir 24” kanalında xəbərləri təqdim edən teleaparıcı arxasında it olduğunu görüb. 

O, əvvəlcə stolun üstünə tullanan itdən qorxmağa başlayıb. Daha sonra rejissorlardan kömək istəyən aparıcı xəbər oxumağa davam edib.