Castin Trüdodan “Huawei” rəhbərinin qızının həbs ilə bağlı açıqlama

castin-trudodan-huawei-rehberinin-qizinin-hebs-ile-bagli-aciqlama
Oxunma sayı: 1608

Kanada Baş naziri Castin Trüdo 1 dekabrda Vankuverdə “Huawei” rəhbərinin qızı, şirkətin baş maliyyə direktoru Vançjou Menin həbsi ilə bağlı açıqlama verib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, o, hüquqi prosesin siyasətdən kənar işlədiyini bildirib.

Trüdo bu həbsdə rolu olmadığını da sözlərinə əlavə edib.

Vançjou Men bu gün hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, o, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozması iddiası ilə saxlanılıb.

Çin hökuməti Menin dərhal sərbəst buraxılmasını tələb edib.