Cəbhə bölgəsində seminar olacaq

cebhe-bolgesinde-seminar-olacaq
Oxunma sayı: 646

Təşkilatın koordinatoru Mirmehdi İbişov bildirib ki, Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Gələcək üçün: Zərərli vərdiş və riskli davranışlardan imtina” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində Füzuli rayonu ərazisində gənclər üçün tədbirlər təşkil olunacaq: “Cəbhə bölgəsində yaşayan gənclər paytaxtdan kifayət qədər uzaqda olduqları üçün onlar ictimai proseslərdə iştirak etmirlər. Onların məşğuliyyəti üçün də şərait yoxdur. Buna görə də bir sıra gənclər gününün çoxunu çayxanalarda domino oynamaq, siqaret çəkməklə keçirirlər. Biz bu tipli seminarlar keçirməklə onların zərərli vərdişlərdən uzaqlaşmasını və bu istiqamətdə maarifləndirilməsini təşkil etməyi düşünürük”.

Təşkilatın seminarları gələn həftədən başlayacaq.