Cəbhədə atışma olub

cebhede-atisma-olub
Oxunma sayı: 634

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 20-də saat 23.40-dan 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.10-dək və noyabrın 21-də saat 00.47-dən 00.57-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.