Çeçenlərin azərbaycanlı bilib axtardıqları erməni imiş... - Video

cecenlerin-azerbaycanli-bilib-axtardiqlari-ermeni-imis
Oxunma sayı: 3417

Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov bir neçə gün öncə Moskvada “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı Rusiya hüquq-mühafizə orqanlarına videomüraciət ünvanlayıb. O, bildirib ki, sosial şəbəkələrdə hələ də kiminsə oğurlandığı anla bağlı videokadrlar, ya da morqdan fotolar yayılır. Azərbaycanlı jurnalist hər iki tərəfə səslənərək belə təxribatlara uymamağa çağırıb.

“Qafqazinfo”nun məlumatına görə, Fuad Abbasov sözügedən hadisədən sonra çeçenlərin həm votsap qruplarında, həm də yutub səhifələrində bir-birinə “azərbaycanlı” gəncin fotosunu göndərərək davanın əsl səbəbkarının o olduğunu, onu taparaq cəzalandıracaqlarını bildiriblər. Bu məqamda Fuad Abbasov etibarlı mənbənin ona çeçenlərin axtardığı gəncin şəxsiyyət vəsiqəsini göndərdiyini bildirərək sənədi efirdə göstərib. Aydın olub ki, həmin şəxs Azərbaycan yox, məhz Ermənistan vətəndaşı, 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.

Araşdırmaçı jurnalist bu şəxsin tapılması və məsələnin aydınlaşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.