“Çelsi” “Qarabağ”ı yenə çiləyəcək

celsi-qarabagi-yene-cileyecek
Oxunma sayı: 4132

Azər Qismət

“Qarabağ” futbol komandasının “Çelsi”yə 6:0 hesabı ilə uduzmasından sonra cəmiyyətdə ayrı-ayrı adamlar tərəfindən qəribə zarafatlar ortaya çıxıb. Biri deyir ki, “Çelsi” “Qarabağ”ı çilədi”. O biri guya zarafatla qayıdır ki, “Qarabağ”ın qapısı aşsüzənə döndü” və sair. Hətta belə deyənlər də tapıldı ki, “Qarabağ” Çempionlar liqasına təsadüfən düşüb, heç də Qafqazın Barselonası deyil. Necə təsadüfən düşübsə, eləcə də ordan gedər”. Daha müdrikləri dedi ki, “Qarabağın bəxti gətirməyəcək. Və indiyə qədərki qələbələri sırf təsadüfdür”. Ancaq çoxları deməyi unutdu ki, Çempionlar liqasına vəsiqə qazanmaq heç vaxt təsadüfi olmayıb. Və belə turnirin tarixində ümumiyyətlə təsadüfi hadisə qeydə alınmayıb. 

“Çelsi” ilə “Qarabağ”ı müqayisə etdikdə aydın olur ki, biz futbolun əjdahasına qarşı oynamışıq. Onu da nəzərə alaq ki, Ağdam klubu əjdahalarla üz-üzə gəlməmişdi. Düzdür, keçirdiyi oyunlar sırasında güclü komandalar mövcud olub. Ancaq daha “Çelsi” kimi dəfələrlə möhtəşəm çempionatların çempionu olmuş komandalarla yox. 

Müqayisə üçün bəzi məqamlar: “Çelsi” komandası 1905-ci ildə təsis edilib. “Qarabağ” komandası isə 1951-ci ildə. Deməli, ən azından birinci ikincidən 46 il əvvəl yaranıb. “Çelsi”nin bircə adı olubsa, Ağdamın futbol komndasının adı 3 dəfə dəyişib: “Məhsul”, “Şəfəq”, “Qarabağ”. “Çelsi” təsis edildiyi gündən 1877-ci ildə tikilən Stemford Bric stadionunda oynayırsa, “Qarabağ” Ağdamın İmarət, Azersun Arena və Tofiq Bəhramov stadionunda oynayır. Bu komanda Qarabağın işğalından sonra qaçqın klub adını alıb, köçəri adamlar kimi ayrı-ayrı stadionlarda oyunlarını keçirir. 

Əgər “Çelsi” 6 dəfə İngiltərə çempionu, 7 dəfə Futbol Assosasiyası kubokunu, 5 dəfə Futbol Liqası Kubokunu əldə edibsə, UEFA Çempionları liqasının qalibi, 2 dəfə Kuboklar Kubokunu qazanıbsa, yazıq “Qarabağ”ın Avropa liqasına çıxma tarixi 1-2 illə ölçülür. “Çelsi” dünyanın 5 klubundan biri sayılır: “Yuventus”, “Ayaks”, “Bavariya” və Mançester Yunayted”dən sonra. UEFA-nın 2017-ci ildəki reytinqinə əsasən “Qarabağ” 106 komanda sırasında qərarlaşıb. 

2013-cü ildən kluba sərvəti neçə milyard dollar sərvətə malik Roman Abramoviç edir. Klubun qlobal sponsorları arasında Coca-Cola, Audi, Samsung Mobile, Yokohama, Adidas, Grange Farms kimi şirkətlər var. “Çelsi” dünyanın 8 ən gəlirli komandasıdır. Qaçqın “Qarabağ”ın sponsoru isə Azersun Holdinqdir.

Hər iki komandanın büdcəsinə nəzər salanda isə insan üşənir. “Forbes” jurnalının 2017-ci il reytinqinə əsasən “Çelsi”nin büdcəsi 1 milyard 845 milyon funt-sterlinqdir. “Qarabağ”ın büdcəsi isə 17 milyon manat. Belə olan surətdə qaçqın klubumuzun kimə qarşı oynadığı aydın olur. Təkcə 2013-cü ildən etibarən oyunçuların alınmasına 100 milyon funt-sterlinqdən çox vəsait xərclənib. “Qarabağ” isə oyunçuların əksəriyyətini icarəyə götürüb: 6 aylıq, 1 illik.
“Çelsi”nin “Qarbağ”ı çiləməsinə dair zarafatlara gəlincə isə bildirək ki, bu, İngiltərə komandasının rekord göstəricisi deyil. “Çelsi “Jeness Otşaraj” kimi güclü komandanı 13:0, “Uiqan Atletik” komandasını 8:00, “Aston Villa” komandasını isə 8:00 hesabı ilə məğlubiyyətə uğradıb. 

Əgər tarix boyu “Çelsi”yə dünya şöhrətli məşqçilər rəhbərlik edibsə (hazırkı məşqçi italyan mütəxəssis Antonio Konte), “Qarabağ”a isə hər qələbədən sonra qürurdan gözləri yaşaran sadə oğlan rəhbərlik edir: Qurban Qurbanov. 

Belə olan surətdə kimin kimi böyük hesabla udmasına heç nə demək olmaz. “Qarabağ” komandasının Çempionlar Liqasına düşməsi Azərbaycanın ən böyük ideoloji savaşıdır. Dərinə getdikdə aydın olur ki, qaçqın komandanın hücum diplomatiyası möhtəşəmdir. Dünyanın istənilən ölkəsində futbola baxılır. Hətta ac-yalavac Somali sakinləri də futbola tamaşa edir. Və ən azından “Çelsi”nin 100 milyondan çox azarkeşi sevimli komandalarının kiminlə oynayacağı ilə maraqlanması şübhəsizdir. Ən azından 100 milyon nəfər interneti açaraq baxıb ki, “Qarabağ” qaçqın klubdur. Onun torpağını ermənilər zəbt edəndən sonra o stadion qalmayıb ki, oynamasın. İdeoloji zərbə məhz budur. 

“Qarabağ”ı qalib olanda dəstəkləməyək. Məğlub olanda məzəli sözlərlə qəlbinə dəyməyək. Nəyisə ayağa qaldırmaq üçün məzələnməzlər. Ona təsəlli verərlər. Çünki bir komanda insanlardan təşkil olunur. Insanı isə qürurverici sözlərlə ayağa qaldırarlar.