Çempionlar Liqasının püşkü atılır

cempionlar-liqasinin-pusku-atilir
Oxunma sayı: 639

İştirakçılar “səpələnmişlər” və “səpələnməmişlər” olmaqla iki səbərə bölünüb. Bundan başqa, bu mərhələdə öz ölkəsinin çempionu olan klublar çempion olmayan klublarla qarşılaşa bilməz.

Çempionlar Liqasının pley-off mərhələsində məğlub olan komandalar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Çempion komandalar:

Səpələnmişlər: “Anderlext” (Belçika), BATE (Belarus), “Dinamo” (Xorvatiya), “Bazel” (İsveçrə), “Seltik” (Şotlandiya)

Səpələnməmişlər: “Helsinqborq” (İsveç), ÇFR (Rumıniya), AEL (Kipr), “Hapoel” (Kiryat-Şmona, İsrail), “Maribor” (Sloveniya)

Qeyri-çempion komandalar:

Səpələnmişlər: “Dinamo” (Ukrayna), “Kopenhagen” (Danimarka), “Braqa” (Portuqaliya), “Spartak” (Moskva, Rusiya), “Panatinaikos” (Yunanıstan)

Səpələnməmişlər: “Fənərbaxça” (Türkiyə), “Borussiya” (Mönhenqladbax, Almaniya), “Udineze” (İtaliya), “Lill” (Fransa), “Malaqa” (İspaniya)

Ceyhun Əhmədov