Cibində narkotik keçirmək istəyərkən saxlanılıb

cibinde-narkotik-kecirmek-isteyerken-saxlanilib
Oxunma sayı: 1144

İrandan Azərbaycana psixotrop maddə gətirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.