Çikaqoda cümhuriyyətin 100 illiyi qeyd olundu

cikaqoda-cumhuriyyetin-100-illiyi-qeyd-olundu
Oxunma sayı: 1644

İllinoisdə yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə 2018-ci il may ayının 18-i Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Amerikalı dövlət rəsmiləri, alimləri tərəfindən təbrik çıxışları səsləndirilib. Çıxışlarda şəhər meri George Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Tomris Azəri, Adil Bağırov, Nəsiman Yaqublu çıxış ediblər. Nəsiman Yaqublu Cümhuriyyət tarixi haqqında toplantı iştirakçılarına geniş məlumat verib. 

Gecənin musiqili hissəsində Azərbaycanın tanınmış tar ustadı Professor Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianoçu Etibar Əsədli çıxış ediblər.