Çilidə zəlzələ olub

cilide-zelzele-olub
Oxunma sayı: 647

Çili sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Valparaiso şəhərindən 42 km qərbdə, ocağı isə 9,8 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.