Çin Qəzzafiyə silah satıb

cin-qezzafiye-silah-satib
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, Liviya lideri təmsilçilərinin Çinlə iyul ayında silah almaq üçün əlaqələr qurduqları təsdiqini tapıb. Kanadada çıxan qəzetlərdən birinin internet saytında yayımlanan ərəbcə hazırlanmış sənədlər arasında Liviya təhlükəsizlik rəsmilərinin bir qeydi də yer alıb. Pekinə 16 iyulda edilən ziyarətdən bəhs edən qeydlərdə Çinli şirkətlərin onlara 200 milyon dollarlıq satışla bağlı təklif irəli sürdükləri bildirilib. Məlumata görə, həmin qeydlərdə silah və sursatın Əlcəzair ya da Cənubi Afrika kimi üçüncü bir ölkə üzərindən təhvil verilməsi nəzərdə tutulub.

Çinin Xarici işlər nazirinin sözçüsü Can Yü faktı təsdiqləyib.

Səidə