Çində dəhşətli yanğın - 18 ölü, 5 yaralı

cinde-dehsetli-yangin
Oxunma sayı: 763

Çinin Quandun əyalətində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sina” portalı məlumat yayıb.

Məlumata əsasən, yanğın karaoke klublarından birində baş verib. Nəticədə azı 18 nəfər ölüb, daha 5 nəfər isə yanıq xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yanğın artıq söndürlüb. Hadisə yerində polis araşdırma aparır.