Çində torpaq sürüşməsində 140 nəfər itkin düşüb - Fotolar + Video

cinde-torpaq-surusmesinde-140-nefer-itkin-dusub
Oxunma sayı: 755

Çinin Siçuan bölgəsində torpaq sürüşməsi nəticəsində 60 ev dağılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin bir neçə gündür davam edən aramsız yağışlar səbəbindən baş verdiyi bildirilir.

Sürüşmə zamanı dağdan qaya parçaları da qoparaq yaşayış yerlərinə və avtomobil yollarına düşüb. Yamacdakı su da istiqamətini dəyişib və nəticədə sel faciəsi də yaşanıb.

Təbii fəlakət nəticəsində 140 nəfərin itkin düşdüyü deyilir.

Hazırda ərazidə axtarış və xilasetmə tədbirləri aparılır.