Çiskin axşama kimi davam edəcək

Çiskin axşama kimi davam edəcək
Oxunma sayı: 566

Yazın gəlişini qeyd etsək də bir neçə gündür Bakıda hava qeyri-sabit keçir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir. Səhər saatlarından müşahidə edilən yağışın axşama kimi davam edəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yükəsləcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi