ÇL-də qolsuz gecə - Yenilənib

cl-de-qolsuz-gece
Oxunma sayı: 2235

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul” doğma meydanda “Bavariya”nı, “Lion” isə “Barselona”nı qəbul edir.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 20-i keçiriləcək “Şalke” – “Mançester Siti” və “Atletiko” – “Yuventus” görüşləri ilə yekun vurulacaq.

***

Hər iki oyunda ilk hissə qolsuz yekunlaşıb.

***

“Liverpul” -“Bavariya” və “Lion” -“Barselona” matçında ikinci hissələr başlayıb.

***

Komandaların cəhdlərinə baxmayaraq hər iki oyunda hesab açılmayıb və 0:0 hesabı ilə bitib.